“Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir” –Gənc iqtisadçı

Dövlət.az xəbər İnformasiya Agentliyinin bu dəfəki müsahibi Azərbaycanın dəyərli gənci iqtisadçı İrac Manaflıdır. Onunla cəmiyyəti narahat edən məsələlər ətrafında maraqlı söhbət apardıq. 

İlk öncə müsahibimi sizlərə tanıtdırım: 05.11.1988-ci il təvəllüdlü Manaflı İrac Afiz oğlu Bakı şəhərində anadan olub. 162 saylı orta məktəbin məzunudur. Bakalavr dərəcəsini Azərbaycan Texniki Universitetində alıb. “İqtisadiyyatın tənzimlənməsi” fakultəsini bitirib. Davamı olaraq Magistr pilləsini İqtisad Universitetinin “İqtisadiyatın Hüquqi tənzimlənməsi-İnzibati İdarəetmə” fakultəsində təhsilini davam edib və fərqlənmə diplomu ilə təhsilini başa vurub. Daha sonra 2012-2017-ci illərdə “Embawood” şirkətində satış üzrə menecer işləyib. Hal-hazırda “İdeal Office MMC”-də satış müdürü vəzifəsində çalışır.

– İrac bəy İlk öncə istərdim ki, bir gənc olaraq elə bu günki gənclikdən və ümumiyyətlə hazırda gənclərlə ziyalılar arasındakı münasibətindən söhbət açaq. Çünki bəzən iddia olunur ki, hazırda gənclərlə ziyalılar arasında bir uçurum var. Bu, doğru yanaşmadırmı?

– Təşəkkür edirəm biz gənclərin mövqeyini, fikrini öyrənməyə çalışdığınız üçün. Əlbətdəki bu gün ən aktual mövzulardan birinə toxundunuz. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Ölkədə aparılan məqsədyönlü siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.

Ölkə Başçısı cənab İlham Əliyevin sentyabr ayının 15-də “Azərbaycan gəncliyi 2017/2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam gənclərə göstərilən dövlət qayğısının davamıdır.

Prezident cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz gənclər də öz növbəmizdə bütöv və müstəqil Azərbaycan naminə bütün güclərimizi toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıyıq.

Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Azərbaycana gələn xarici qonaqlar xüsusi ilə vurğulayırlar. Dəfələrlə bildiriblər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Əlbətdə ki, bu sevindirici bir haldır. Bizim dövlətimizə qarşı istər xarici qüvvələr istərsə də düşmən qüvvələri tərəfindən qısqanclıqlar çoxdur. Bu cür hallar əlbətdəki bizə qarşı çıxanlara udardır. 

O ki qadı gənclərlə ziyalılar arasındakı münasibətə, – bildiyim qədərilə ziyalı təbəqəsi auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də cəmiyyətin aparıcı qüvvəsi olan gənclərlə ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. 

Gənclər ziyalılarla ünsiyyətdə olmağı daha çox istəyirlər. Bunu təmin etməyin də müxtəlif formaları var. Təbii ki, sosial şəbəkələr bu baxımdan daha önəmli rol oynayır. Televiziya və vizual görüntülü media vasitəsilə bu ünsiyyəti daha effektiv təmin etmək olar. Telekanalların isə öz seçimidir, ucuz reytinq qazanmaq üçün daim əyləncəli verilişlərə üstünlük verirlər. Azərbaycan cəmiyyətinin vəziyyəti, torpaqlarımızın işğal altında olması, müharibə şəraitində, düşmənin ayıq və öz mövqeyindən geri çəkilmədiyi məqamda gənclərimiz hansı məsələdə düşünülmüş, planlaşdırılmış mövqe tutmalıdırlar? Bu suala cavab tapmaq üçün ziyalıların tövsiyələrinə böyük ehtiyac var. Tək televiziyalar və telekanallar Azərbaycan gəncliyinin baxışını formalaşdırmır. Effektiv ünsiyyəti təmin etmək üçün ən gözəl vasitə gəncliklə birlikdə işləmək, təmasda olmaqdır. Belə ayrıseçkilik edilməməlidir.

– Bir gənc olaraq Azərbaycanın bu günkü durumundan razısınızmı? Yəni tarixə nəzər saldıqda əvvəlki vəziyyətlə indiki vəziyyət arasında olan böyük dəyişikliklər barədə istərdim ki, sizdə fikrinizi bildirəsiniz. 

– Əlbətdə əvvələrə nəzər saldıqda çox acınaqlı günləri xatırlamaq olar. 1992-ci ildə hakimiyyətdə olan qüvvələr hakimiyyəti idarə edə bilmədiyindən separatizm hökm sürməyə başaladı və xalq çox çətin vəziyyətə düşdü. Bu duruma dözə bilməyən Azərbaycan xalqına bir lider, rəhbər lazım idi. O vaxtı da ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərirdi. 1992-ci ildə separatizm, siyasi özbaşınalıq, Azərbaycanda sabitliyin olmaması böyük bir gərginlik, çaxnaşma yaratmışdı. Belə bir vəziyyətdə 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanın Ali Sovetinin sədri seçilməsi bu yaranmış biyabrçılığı, dözülməz durumu dəyişmiş oldu və Azərbaycanda bu dönüş “Milli Qurtuluş Günü” kimi tarixə düşdü. Demək olar ki, xalq bundan öncəki, 1991-92-ci illərdə olan separatizmdən, bəlalardan qurtuldu.Heydər Əliyev şəxsiyyəti və onun Azərbaycanın Ali Sovetindəki rəhbərliyində sonrakı fəaliyyəti – Azərbaycanın çiçəklənməsinə və getdikcə dövlət strukturlarının formalaşmağına, Azərbaycan xalqının güzaranının müsbətə doğru dəyişməsinə, sabitliyin bərpa olunmasına, özbaşınalıqların, qruplaşmaların, siyasi separatizmin aradan qaldırılmasına gətirib çıxardı.

Ulu öndərimizin Azərbaycan tarixində böyük əvəzsiz xidmətləri olmuşdur. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanı günü-gündən inkişaf etdirməkdədir. Bu siyasəti uğurla həyata keçirdən cənab prezidentimiz İlham Əliyev Azərbaycanın bu günkü və gələcək inkişafının təminatçısıdır. Getdikcə dünya ölkələri arasında nüfuzumuz daha da artır, inkişaf edirik. Cənab prezidentin yürütdüyü siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu gün elə bir proses gedir ki, bütün bizi istəməyən xarici qüvvələr də buna qısqanclıqla yanaşır və bir gənc kimi qeyd edə bilərəm ki, Azərbaycan tarixində ölkəmiz bu günkü kimi heç bir dövrdə inkişaf etməmişdir. Azərbaycan xalqı öz şərəfli, sabit inkişaf yolunu keçmişdir. 

– Azərbaycandakı müxalifətin yürütdüyü siyasət barədə nə deyə bilərsiniz?

– Azərbaycanda özünü bir qrup müxalifət adlandıran insanların şər, böhtan xarakterli fikirləri təəssüf hissi doğurur. Bu yaxınlarda dövlət səviyyəsində müxalifətin mitinq təşkil etməsinə icazə verildi və çox az sayda insan toplaşmışdı. Bir daha öz əməlləri ilə özlərini sübut edirlər ki, Azərbaycan xalqı bunlara nifrət edir. Artıq bunlar keçmişdə 1991-92-ci illərdə öz xəyanətkar və yarıtmaz fəaliyyətləri ilə Azərbaycan xalqının gözündən düşmüşdür. bu AXCP-nin və onun ətrafında olan bir qrup insanların bu mitinqi keçirtməsi əslində öz şəxsi maraqlarını güdən bir məsələdir. Bunlar “Şər-böhtan” kompaniyası keçirtməklə məşğuldurlar.

Bu gün cənab prezidentin siyasəti və beynəlxalq siyasətdə, beynəlxalq aləmdə olan nüfuzu sübut edir ki, Azərbaycan xalqı öz seçimini çox yüksək səviyyədə edib və ulu öndər Heydər Əliyev ideyaları Azərbaycan xalqına zəmanətdir. Azərbaycan xalqı tarixi qədim, hər bir məsələyə açıq gözlə baxa bilən bir xalqdır. Məhz buna görə, Azərbaycan xalqına kənardan ağıl verməyə ehtiyac yoxdur. Bu gün cənab prezidentinin siyasəti və xalqına olan xidməti nəinki daxili qüvvələrinə, ümumilikdə dünyanın bir neçə prezidentinə də nümunə ola bilər ki, əsil rəhbər xalqına İlham Əliyev kimi xidmət etməlidir. Və mənim də bu sözlərimin dərinliyini kim anlamaq istəyirsə, Azərbaycana gözü ilə baxsa mənim bir gənc olaraq nə dediyimi dərk edə bilərlər. Bu məsələni hər bir yerdə də mən qeyd edirəm. Bu Azərbaycan gəncliyinin ədalətli mövqeyinin bariz təzahürüdür. Və biz fəxr edirik ki, belə bir dövlətdə yaşayırıq.

Azərbaycan müxalifətinə üzümü tutub bir məsələni də demək istəyirəm ki, “Siz artıq qocalmısınız, Azərbaycan xalqının etimadını itirmisiniz və siz artıq qüvvə kimi Azərbaycan xalqına lazım deyilsiniz. Çünki bu lazımsızlığı özünüz yaratmısınız.” 

Düşünürəm ki, Azərbaycan dövlətçiliyi, onun sabitliyi və inkişafı bundan sonra da daha da inkişaf edəcək və Azərbaycan xalqı daha da sabit və firavan yaşayacaq. Bunu bilmək istəyən Azərbaycanın tarixinə nəzər salsın və müqayisə etsin ki, 1991-92-ci illərdə Azərbaycan hansı səviyyədə idi və indi hansı səviyyədə yaşayır. Bunu gözlə görməmək yalnız və yalnız ədalətsizlik adlandırmaq olar

– Bildiyiniz kimi bu gün birinci vitse prezident Mehriban xanımın xalqımızın üzərindəki qayğısını bir nümunə kimi bir çox ölkələrdə gənclərin ölkəmizdəki aktivliyini və bir çox sahələrdəki istər mədəniyyət istər elm və istərsədə iqtisadiyatımızı təbliğ edir. Sizcə bəs niyə bizə qarşı bu qədər qısqanclıq var? Və bilirsinizki bu yaxınlarda AŞPA ölkəmizdəki tutulan insanlara görə “Azərbaycanda demokratiya yoxdur” deyə iddia irəli sürdü. Bütün bunlarla bağlı fikrinizi bildirərdiniz…

– Azərbaycan müasir tarixində mühüm hadisələr baş verir. O hadisələr ki, Azərbaycan xalqına, inkişafına, dövlətçiliyimizin inkişafına cəmiyətimizdə hökm sürən sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Belə hadisədən biri də bu gün ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin verdiyi sərəncam oldu. 

O sərəncəmda hörmətli Mehriban xanım Heydər Əliyev fondunun prezidenti, Azərbaycan xalqının sevimlisi, dünya qadınlarına nümunə olacaq xanım bu gün vitse-prezident təyin olundu. Azərbaycan cəmiyyətində bu çox mühüm bir hadisə kimi qarşılandı. Mehriban xanımın mədəniyəti, onun böyük ana, kimə bacı, ümumilikdə Azərbaycan adına ləyaqət və şərəf gətirən bir Azərbaycan xanımı olması ilə bir gənc olaraq həmişə fəxr etmişəm. 

Və sizin vasitənizlə bildirmək istəyirəm ki, həqiqətəndə dünyada Azərbaycana qarşı düşmən mövqe var. Bu da onların ədalətsizliyindən xəbər verir. Bu gün AŞPA qeyd etdiyiniz kimi, bir quldura görə, halbuki tutulanların müəyyən bir cinayəti var ki tutulublar və qeyd edirlər ki “Azərbaycan demokratik ölkə deyil”. Bəyəm bu AŞPA nə vaxtdan Azərbaycan xalqına canıyanan bir qrum olub? Bu gün dünənki hadisəni dırnaqarası buradakı qəhrəmanların yalandan özlərinin marağı üçün müdafiə etməkdirsə, bunlar görmürlər ki, 1 milyondan artıq Azərbaycan xalqının haqları pozulub? Ermənilər bizim tarixi torpaqlarımızı işğal ediblər. 1 Milyondan artıq məcburi köçkünümüz var. Niyə bəs AŞPA bu məsələlərə göz yumur? Nə üçün bununla bağlı bir qətnamə qəbul etmir və ermənilərə bu cür təpki vermirlər? Bütün bunlar düşmən qüvvələrinin əli ilə gedən bir prosesdir.

– Gəncliyin formalaşmasında ən mühüm məsələ təhsildir. Bir gənc kimi, Azərbaycan təhsilinin hazırkı mənzərəsini necə qiymətləndirirsiniz?

– Gəncin şəxsiyyət kimi yetişdirilməsi, cəmiyyət üçün faydalı məqamları bir məsələdir, ona peşəkar təhsil verə bilmək isə bir başqa məsələdir. Peşəkar təhsil üçün birmənalı olaraq istər orta, istərsə də ali məktəblərdə çağdaş tələblərə cavab verən müəllimlərin, tədris prosesinin olması vacibdir. Azərbaycan gənc dövlətdir, ona əsrlərlə oturuşmuş imkanlara, güclü maddi texniki bazaya cavab verən gənclərin yetişdirilməsi lazımdır. Yüksək səviyyədə təhsil verən ali məktəblərin olması təhsil ənənəsi formalaşmış dövlətlərdə də vacibdir. Lakin gənclər kütləvi şəkildə xaricə üz tutursa, məsələn, konkret magistratura təhsilini ölkədə deyil, xaricdə almaq istəyirsə, bu, artıq həyəcan təbilidir. Demək, artıq tədris sistemində islahatları aparmaq sürətləndirmək lazımdır. Beləliklə, Azərbaycan gənci tələb olunan təhsili almaq üçün xaricə üz tutmağa can atmasın. Hazırda belə situasiya gücləndiyindən təhsil sahəsində ciddi işlərə ehtiyac var.

Bundan başqa, elə peşə sahələrinə ehtiyacımız var ki, onların üzərində hələ də iş aparılır. Yeni ixtisaslara yiyələnmək baxımından tədris sistemi gücləndirilməlidir. Əks təqdirdə gənclərimizin xaricə üz tutması cəmiyyətdə dəyərlər sisteminin dəyişməsinə də təsir edəcək. Bu, Azərbaycanda gənclər arasında formalaşan mühitin təbəqələşməsi deməkdir. Bütün cəmiyyətlərdə belə xarakterik xüsusiyyət var. Tələbənin təhsil aldığı mühit onun dünya görüşünə, dəyərlərinə təsirsiz qalmır. Gənc öz ölkəsinə qayıtdıqda həmin dəyərlərin daşıyıcısı kimi qayıdır. Nəticədə müxtəlif mədəniyyətlərin daşıyıcıları olan bir mühit yaranır. Bu mühit rəqabət yaradır. Ona görə, gənclər zamanında daha yüksək təhsil verən müəssisələrə üstünlük verirlər. Tələbələrimizin kütləvi şəkildə xaricdə təhsil almasına bəraət qazandırmamalıyıq. Çalışmalıyıq ki, təhsil müəssisələrimizi gənclərin üz tutduğu xarici məktəblərin, universitetlərin səviyyəsinə yüksəldək.

 

Şəfa Rasimqızı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir