Azərbaycanlı Nazarbayevin müavini oldu

Azərbayana səfərindən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəhbərlik etdiyi ölkənin ən nüfuzlu dövlət qurumlarından biri Qazaxıstan Xalqlar Assambleyasının növbəti qurultayında azərbaycanlı Əbülfəz Xamedovun müavin kimi namizədliyini verib və o, böyük səs çoxluğu ilə Assambleyanın sədr müavini seçilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə qurultay bu gün axşam saatlarında yekunlaşıb. Əbülfəz Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri kimi uzun illər fəaliyyət göstərib.

Bu gözlənilməz qərar əlbəttə ki, Nazarbayevin Azərbaycana jesti kimi də dəyərləndirilə bilər.

Qeyd edək ki, Qazaxıstan qanunvericiliyinə görə, Assambleyadan irəli sürülən namizədlər səsvermə prosesində iştirak etmədən bu ölkənin parlamentində təmsil oluna bilərlər.

Xatırladaq ki, Əbülfəz Xamedovdan əvvəl bu vəzifəni daşıyan Yeralı Tuqjanov Manqistau Vilayətinin Akimi (Qubernatoru) təyin edilib

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir