Bakı meri məcburi köçkünü həbsdən buraxdırdı

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yarımçıq binada məskunlaşan məcburi köçkünlərin problemi həll edilib.

Bu haqda Modern.az-a məcburi köçkün Nemət Əhmədov məlumat verib.

O bildirib ki, Bakı meri Hacıbala Abutalıbov məsələyə qarışdıqdan sonra problem həll olunub:

“Hacıbala müəllim bizimlə birlikdə məhkəməyə getdi, prosesdə də iştirak etdi. Qardaşım Mikayıl elə həmin gün həbsdən azad edildi. Cənab mer tapşırıq verdi ki, bir nəfər adam məcburi köçkünləri narahat etməsin. Biz ona dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, məcburi köçkünlər ərazidə 1990-cı ildən məskunlaşıb. Mənzillərin sahibləri olduqlarını iddia edən 5 vətəndaş onları məhkəməyə verib. Köçkünlər isə yeni mənzillə təmin olunmadan evlləri tərk etməyəcəklərini bildiriblər.

Suraxanı rayon Məhkəməsi köçkünlərin əşyaları ilə birlikdə evdən çıxarılmasına qərar verib. Qərardan şikayətçi olan köçkün Mikayıl Əhmədov 15 sutkalıq həbs edilib.

Məcburi köçkünlər etiraz olaraq yolu bağlayıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Suraxanı rayonu 32-ci polis bölməsinin rəisi Həsən Abdullayev və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov hadisə yerinə gəlmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir