Əli İnsanovun cəzası artırıldı – daha 7 il həbs

Bu gün Qaradağ rayon məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Rəşad Mustafayevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il cəzasının bitməsinə 2 ay qalmış ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

***

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub və Ə.İnsanova 7 il 5 gün həbs cəzası verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir