Prezidentə Kəbə örtüyünün bir fraqmenti hədiyyə edildi – Foto

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət.az bildirir ki, dövlət başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib. İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd edib.

Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini İlham Əliyevə hədiyyə edib.

Prezidentə Kəbə örtüyünün bir fraqmenti hədiyyə edildi -
Prezidentə Kəbə örtüyünün bir fraqmenti hədiyyə edildi -

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir