Qızına 10 minlik cehiz aldı – 9 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ş.Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ş.Amanova bir neçə şəxsdən qızına cehiz üçün mebel və geyim əşyaları alıb pulunu ödəmədiyi üçün barəsində cinayət işi açılıb və o, həbs edilib. Onun aldığı məhsulların qiyməti 10 min manatdan çox olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir