Bakıda dəhşətli qəza: 4 piyadanı vurdu

Bakıda avtomobil 4 piyadanı vurub.

Dövlət.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi BMV markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

Piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir