Türkiyənin ordu generalı Bakıda

Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər Azərbaycana səfərə gəlib.

Report xəbər verir ki, Y.Gülər səfəri çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini anıb. Eyni zamanda, o, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Y.Gülərin üç gün davam edəcək səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkənin müxtəlif güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir