Lənkəranda dünya ictimaiyyətinə müraciət edildi

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda Lənkəranda keçirilən IV Beynəlxalq elmi konfransda dünya ictimaiyyətinə mesajlar ünvanlanıb.

Lənkəran İH-dən daxil olan xəbərdə bildirilir ki, aprelin 25-də dünyanın müxtəlif ölkələrini təmsil edən tədqiqatçı-alimlərin qatıldığı beynəlxalq konfransın bağlanış mərasimində çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Lənkəranın Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu diqqətə çatdıraraq, tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Tarixçi alim qeyd edib ki, Ermənistan prezidenti S.Sarkisyan çıxışlarında Xocalı soyqırımının törədilməsində iştirakını dönə-dönə vurğulayıb. Dünya ictimaiyyəti isə bu cəlladın bəyanatlarına məhəl qoymur.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında dünyanın tanınmış elm adamlarının Lənkəranda bir araya gəlməsini və türk-müsəlman xalqlarına qarşı həyata keçirilən soyqırımları ilə bağlı müzakirələrin aparılmasını rayonun ictimai-siyasi həyatında tarixi hadisə kimi dəyərləndirib.

Konfrans iştirakçıları adından prezident İlham Əliyevə və dünya ictimaiyyətinə müraciət qəbul olunub.

Qonaqlar, həmçinin Lənkəran rayonunun Şıxəkəran kəndində “Şeyx Zahid”, Astaranın Pensər kəndində “Şeyx Camaləddin” türbələrini, türk zabiti Camal Paşanın məzarını ziyarət ediblər.

Lənkəranda dünya ictimaiyyətinə müraciət edildi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir