Zərifə Əliyevaya həsr olunmuş tədbir – Fotolar

Aprelin 28-də oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyi tamam olur.

Dövlət.az xəbər verir ki, Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə Azərbaycan Tibb Universitetinin akt zalında Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb.

Nəsimi rayon İcra hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı 11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinəsi təşkil edilib. Azərbaycan Tibb Universitetində keçirilən tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunub.

Zərifə Əliyevaya həsr olunmuş tədbir -
Zərifə Əliyevaya həsr olunmuş tədbir -
Zərifə Əliyevaya həsr olunmuş tədbir -
Zərifə Əliyevaya həsr olunmuş tədbir -
Zərifə Əliyevaya həsr olunmuş tədbir -
Zərifə Əliyevaya həsr olunmuş tədbir -

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir