Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür

Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub.

Milli qəhramanın şərəfli həyat yolunun işığına yığışanlar ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Albert Aqarunovun Azərbaycanın üç rəngli bayrağına bürünən məzarı önünə tər qərənfillər düzüblər. Onun ruhu qarşısında baş əyilib, dualar oxunub.

Dövlət.az  Xalqinfo.az-a istinadən xəbər verir ki, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev müsahibə verərək Albertın həyat yolundan danışıb.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Həzi Aslanovun xatirəsinə ucaldılan abıdənin qarşısında Albert Aqarunovun hərbi xidmət yoldaşlarına orden və mükafatlar təqdim olunub.

Albert Aqarunov döyüş komandiri Hacı deyib ki, Albert vətənini canından çox sevirdi. O heç nədən qorxmurdu öz igidliyi və qorxmazlığı ilə düşmənə qan uddururdu.

Sonra tədbir Suraxanı rayonunda davam etdirilib. Rayonda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinin açılışı olub. Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Müdafiə Nazirliyinin, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Albert Aqarunovun qardaşı, döyüş yoldaşları və media nümayəndələri iştirak ediblər

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək deyib ki, Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. 154 saylı tam orta məkdəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun hər il 25 aprel – döğum günü və 8 may – şəhid olduğu gün rayonda, o cümlədən təhsil aldığı məktəbdə geniş qeyd edilir, şəhidlər xiyabanında məzarı ziyarət edilir.

Daha sonra tədbirdə çıxış edən şəxslər Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfli döyüş yolundan danışıb onun xatirəsini ehtiramla anıblar.

Milli qəhrəmana həsr olunan anım tədbiri vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam edib.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir