Bakıda fəhlə faciəvi şəkildə öldü – Foto

Bakıda fəhlə binadan yıxılaraq ölüb.

Dövlət.az-ın baku.ws-ə istinadən məlumatına görə, hadisə Rixard Zorge küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılıb.

Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir