Hamiləykən yenidən hamilə qalmaq mümkündür?

İngiltərədə qeyri-adi hadisə baş verib.

Dövlət.az-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Jolene Broad adlı qadın əkizlərə hamiləykən yenidən hamilə qalaraq üçəm dünyaya gətirib. 

“Superfetation” kimi tanınan bu tibbi hadisədə iki həftə və bir aylıq hamiləlik prosesində yenidən hamilə qalmaq mümkündür. Olduqca nadir şəkildə rast gəlinən bu hadisə son 100 ildə sadəcə 6 dəfə gerçəkləşib.

Ginekoloq, professor Simon Fişel “Bu əslində olmamalıdır, amma olub. İlk belə hadisə 1865-ci ildə meydana gəlib. Ondan sonra müəyyən zamanlarda bu cür hallar olub. Hamiləykən yenidən hamilə qalmaq fövqəladə hadisə olsa da, bu, həmişə xoşbəxt sonluqla bitmir. Belə ki, digər döl böyümədiyi üçün bətndə öldüyündən erkən doğuş olur ” deyə bildirib. 

Qeyd edək ki, hamiləykən hamilə qalmaq hadisəsi gəmiricilər, dovşan və qoyun kimi heyvanlar arasında daha çox yayılıb. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir