“Hədəf niyə yalnız Rusiyadır?”Lavrov

“Kiyev Minsk razılaşmaları çərçivəsində Donetsk və Luqansk xalq respublikaları ilə əlaqələrdən yayınır. Amma razılaşmaların yerinə yetirilməməsinə görə Avropa İttifaqının sanksiyaları nədənsə yalnız Rusiya barəsində qəbul edilir”.

Dövlət.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə danışıqların nəticəsinə görə keçirdiyi mətbuat konfransında deyib.

“Biz işin öz üzərimizə düşən hissəsini yerinə yetirməyə çalışırıq. Amma təəssüf ki, Kiyev Donetsk və Luqanskla birbaşa dialoqdan qaçır. Hərçənd bu, Minsk sənədlərində açıq-aydın yazılıb. Əgər Avropa İttifaqının mövqeyi ondan ibarətdirsə ki, hamı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir, onda sual yaranır: sanksiyalar niyə yalnız Rusiyaya qarşı qəbul edilir?” – Rusiya Xarici İşlər Nazirliyinin başçısı bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir