11 yaşlı uşağı maşın vurdu, öldü

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Dövlət.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin ”VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir