Qarşısına inək çıxan “07” qəza törətdi –

Bu gün axşam saatlarında Quba-Xaçmaz yolunda da qəza olub.

Dövlət.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Qubanın Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Vaz 2107” markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər xəsarət alıb. Onlar sürücü – Quba rayon sakini 18 yaşlı Ceyhun Quliyev, sərnişinlər – Xaçmaz rayon sakinləri, 19 yaşlı Əmirbaba paşayev və 25 yaşlı Ədalət Paşayev xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişinlərdən birinin sözlərinə görə, qəzaya səbəb maşının qarşısına inəyin çıxması olub.

Fakt araşdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir