Elnur Hüseynovdan qalmaqallı –Klip

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, “O ses Türkiye”nin qalibi Elnur Hüseynov qalmaqallı klipə imza atıb.

Dövlət.az xəbər verir ki, müğənni ingilis dilində ifa etdiyi “Vibration” mahnısını ekranlaşdırıb.

Klipinin rejissoru Leyli Qafarovadır. Görüntülərdə Elnur olmasa da, “ADO” teatrının əməkdaşları yer alıb. Klipdə sevişmə səhnələri, cinsi azlıqlarla bağlı görüntülər əks edilib.

Mahnının sözləri Dihaja, musiqisini isə İsfar Sarabskiyə məxsusdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir