Samirə Mustafayeva “vəzifəli sevgili”sindən danışdı:" Bu işi sevgili hesabına..."

ATV-nin məşhur aparıcısı Vaqif Aydınoğlunun keçmiş həyat yoldaşı Samirə Mustafayeva bu gün haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Dövlət.az xəbər verir ki, aparıcı qadın klubu açmağa hazırlaşdığını etiraf edib:

“2012-ci ildən bəri yaxın rəfiqələrimlə bağlı kiçik bizneslə məşğul oluruq. Bu, nə mənim, nə başqalarının əsas işidir. Bu işi sevgili hesabına və tək görmürəm, onlara şərik də demək doğru çıxmaz, ən yaxın rəfiqələrimdir. Rəfiqələrimlə məsləhətləşdik ki, açılışa yaxın klubu pulla reklam edək, amma sağ olsunlar, ehtiyac olmadı”.

S.Mustafayeva şəxsi həyatı ilə bağlı yayılan şayiələri təkzib edib: “Şəxsi həyatım haqqında yazılanlar həqiqəti əks etdirmir. Belə xəbərlər eşidəndə gülməyim gəlir, məni gah vergilər nazirliyində işə düzəldirlər, gah da əsassız xəbərlər yazılır. Mən artıq bir ildir efirlərdə və mətbuatda yoxam, sadə bir vətəndaşam. Xahiş edirəm ki, haqqımda bu cür xəbər yazılmasın”.

***

Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.

Məlumata görə, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib.

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib.

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi.

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.

Samirə Mustafayeva "vəzifəli sevgili"sindən DANIŞDI: "

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir