Komandamız çempionatda diskvalifikasiya olundu

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.

Dövlət.az xəbər verir ki, komandamız Ukrayna ilə bürünc medal görüşündə ümumi hesabda 3-0 irəlidə olub. Qələbəni erkən təmin edərkən, məşqçilər korpusu 90 kq-da mübarizə aparan Məmmədəli Mehdiyevin zədəli olduğunu bildiriblər. Buna görə də onun növbəti görüşdə mübarizə aparması məqbul sayılmayıb.

Mehdiyev mübarizəsiz rəqibin əlini sıxaraq, görüşdən imtina edib. Bu da komandamızın diskvalifikasiya olunmasına səbəb olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir