Şamaxıda sürüşmə: 12 yaşayış məntəqəsi təhlükədə + Yeniləndi

Şamaxı şəhərində 12 yaşayış məntəqəsində sürüşmə sahəsi aktivləşib. Onlardan 6-sı şəhər, 6-sı isə kəndlərdədir.

Bu barədə Xalqinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, bu barədə onlara şəhər icra hakimiyyətindən müraciətin daxil olduğunu bildirib: “Şəhərin mərkəzindəki sürüşmə 6 evin ərazisini əhatə edir, onlardan ikisi 48-ci məhəllə adlanan ərazidədir. Fövqəladə Hallar Naziriliyinin mütəxəssisləri ərazidə olub, rəy veriblər. Bizim əməkdaşlarımız da növbəti həftə Şamaxıda monitorinq aparacaq. Sürüşmənin ekzogen, yoxsa tikinti normalarının pozulması səbəbindən baş verməsini araşdıracağıq. Onu deyə bilərik ki, Şamaxıda tarixən sürüşmə sahələri çox olub. Ərazidə kütlə payları ana süxurlardan ayrılıb, ona görə də belə hallara rast gəlirik. Son günlər yağan yağışlar prosesi aktivləşdirmiş ola bilər”.

***

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

“Report”un Şirvan bürosunun xəbərinə görə, şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həfdədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.
Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirmiyərək uçur.

Evlərdəki çatlar isə artmaqdadır. Hazırda iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib.

Hadisə ilə bağlı Şamaxı Rayon Fövqəladə Hallar Homissiyası əraziyə baxış keçirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir