Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Dövlət.az xəbər verir ki, doğma meydanda İspaniyanın “Barselona” klubunu 3:0 hesabı ilə məğlub edən “Yuventus” səfərdə də inamlı təsir bağışlayaraq adını növbəti mərhələyə yazdırıb.
“Kamp Nou” arenasında keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Paralel keçən matçda Fransanın “Monako” klubu Almaniyanın “Dortmund” komandasını 3:1 hesabı ilə məğlub edib. İlk görüşdə də qələbə qazanan (3:2) fransızlar yarımfinal mərhələsinə vəsiqəni təmin ediblər.