Cari mövsüm Yevlaxda 2050 hektar sahədə pambıq becəriləcək

Cari mövsümdə Yevlax rayonunda 2050 hektarda çiyid səpilməsi nəzərdə tutulub.

Dövlət.az  AzərTac-a istinadən bildirir ki, səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Hazırda fermerlər çiyid səpini uğurla davam etdirirlər. Bu günədək 381 hektarda çiyid səpini aparılıb.

Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ildə Yevlax rayonunda 1415 hektar sahədə pambıq becərilib və 3677 ton məhsul tədarük edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir