Qar Lerik-Lənkəran yolunda problemlər yaratdı

Yanvarın 27-də axşam saatlarından başlayaraq cənub bölgəsinin dağlıq ərazisinə yağan qar Lerik-Lənkəran yolunda bir sıra problemlər yaradıb.

Dövlət.az AzərTac-a istinadən xəbər verir ki, yolda avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədilə əraziyə 43 saylı Lerik Rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub.

Lerik rayonunun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 20-25, şəhərdə isə 10 santimetr təşkil edir. Hazırda yüksək dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcədir.

Yağan qar bölgənin yaşayış məntəqələrinə elektrik enerjisinin və təbii qazın verilməsində problem yaratmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonunadək davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir