Qanunsuz dini ədəbiyyat tapıldı –DİN, DTX və Dini Komitə əməliyyat keçirdi

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatın mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

Dövlət.az xəbər verir ki, komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı “Qobu yolu” adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

 

Əlaqə üçün E-mail: info@dovlet.az

BAKI. Şəfa Rasimqızı Dövlət.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir